Sual: Şəriət ilə Sünnətullah arasındaki fərq nədir?
Cavab: Şəriət, Allahın göstərdiyi yoldur. Sünnətullah isə Allahın elçi göndərdiyi cəmiyyətlərdə tətbiq etdiyi dini qanunlardır.
Müsəlmanlardan əvvəlki cəmiyyətlərin bir qismi göndərilən elçiyə qulaq asmadılar, bir qismi möcüzə istədilər, lakin möcüzə göstərildiyi təqdirdə buna inanmadıqları üçün həlak oldular. Aşağıdakı ayədə Sünnətullah/Allahın qanunu belə tərif edilir:
“Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə qorxudan (bir peyğəmbər) gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. (Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən.” (Fatır, 35/42-43)
Bu cəza növləri müxtəlif ola bilər. Bəziləri tamamilə həlak edildilər: Ad, Səmud millətləri kimi.[1] Bəziləri başqa cəmiyyətlərə qul edilir, bəziləri lənətə məruz qalırlar ki, bunun da nümunələrini tarixdə və günümüzdə rastlaya bilərik. Məsələn; Əllərində Allahın kitabı olduğu halda bu kitabla əməl etməyən müsəlmanların günümüzdə cəzalandırılması kimi…
Sünnətullaha bir çoxu təbiət qanunları deyirlər ki, bunun Qurandan hər hansı bir isbatı yoxdur.
Buna bənzər sual-cavab üçün aşağıdaki linki tuşlayın:
http://www.muselmanlar.com/fitvalar/6940.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Bax: Əli İmran, 3/137; İsra, 17/76-77.