Müsəlmanlar

Quranın bəhs etdiyi İncil hansı İncildir?

Sual: Quran, Uca Allahın İsa əleyhissəlama İncil verdiyindən bəhs edər. Hal-hazırdakı İncil adı verilən kitab Pavlusun və digər insanların yazdıqları isə Quran hansı İncildən bəhs edir?

Cavab: İncil, Pavlusun yazdıqlarından ibarət deyil. Pavlusun yazdıqları İncilin içindəki “Məktublar” bölümündə yer alır. Onu o İncilin içinə əlavə etmişlər. Əslində Pavlusun yazdığı isə İncildən bir bölüm deyildir. Fəqət ümumi İncil adı altında insanlara birlikdə təqdim edilməkdədir.

İncilin Pavlusa aid olmayan bölümlərində təhrif olunmayan və İsanın xüsusilə Yəhudi din adamlarına qarşı mübarizəsindən bəhs edilməkdədir. Bir çox sözləri beynəlxalq həqiqətləri ehtiva etməkdədir ki, bu həqiqətləri həm Quran həm də günümüz fitrəti pozulmamış insanları təsdiq edər. Belə olmasaydı Allah bu ayələri nazil etməzdi:

“Qoy İncil əhli Allahın onda nazil etdiyi ilə hökm versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər məhz onlar fasiqlərdir.” (Maidə, 5/47.)

Oxşar sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7343.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.