Müsəlmanlar
Fironun həlak edilməsinə baxmayaraq, İsrailoğulları nə üçün Misirdə qalmadı?

Fironun həlak edilməsinə baxmayaraq, İsrailoğulları nə üçün Misirdə qalmadı?

Sual: Özlərinə Misirdə Fironun xanədanlığı qalmasına baxmayaraq, Musa və İsrailoğulları nə üçün başka bölgəyə köçdülər?

Cavab: İsrailoğulları, Musa əleyhissəlamın rəhbərliyində və Uca Allahın təlimatları ölçüsündə hərəkət edirdilər.  Misirdə qalmayıb başqa bölgələrə köç etməklərinin səbəbi də Allahın əmrinin bu yöndə olmasıdır. Çünki, getdikləri bölgəni (Qüdsü) Uca Allah “müqəddəs” olaraq elan etmiş və İsrailoğullarının bu müqəddəs bölgədə yaşamalarını istəmişdir. Əlaqədar ayə belədir:

“O zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi. Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz”. (Maidə, 5/20-21)

Oxşar sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7236.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.