Müsəlmanlar

Həvəsləndirmə kampaniyaları, lotereya biletləri və qumar

Sual: Bəzi benzindoldurma məntəqələri, super marketlər və ticarət mərkəzləri onlardan al-ver edənlərə yeni il qabağı həvəsləndirmə məqsədilə lotereya biletləri verirlər. Bu məsələ dini cəhətdən necə qiymətləndirilir? Əgər bu lotereyaya uduş düşsə, nə olar?

Cavab: Lotereya qumardır. İslam dini baxımından qumar oynamaq haram olduğuna görə lotereya vərəqəsi almaq qumar oyununda iştirak etmək deməkdir. Lotereya bileti həvəsləndirmə məqsədilə verilsə belə, bu, nəticəni dəyişdirmir. Belə ki, o biletə malik olan şəxs yenə də qumar oynamış hesab olunur. Bir müsəlmana hədiyyə və ya həvəsləndirmə kimi içki və yaxud donuz əti verildikdə günaha batmamaq üçün onları məhv etməli olduğu kimi həvəsləndirmə üçün verilən lotereya biletini də cırıb məhv etmək lazımdır.

Qeyd: Sual soruşan şəxs Türkiyədəki benzindoldurma və ticarət mərkəzlərini nəzərdə tutub. Lakin bu qəbildən olan həvəsləndirmə və müştəri yığma kampaniyaları digər ölkələrdə də həyata keçirilir.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.