Sual: 1800 il əvvəl nazil olmuş Tövratda Mühəmməd əleyhissəlamın müjdələnməsinin mənası nədir? Arada bu uzun müddət ərzində gəlib keçən insanlar üçün nə məna kəsb edər? Məntiqi cəhətdən hər nəbi bir sonrakı nəbi ilə müjdələnməli deyildimi?
Cavab: Bir millətə müjdə verildiyi zaman o millətin nümayəndəsi istəyir həmin dövrdə yaşasın istəyir yaşamasın, həmin müjdədən o da bir pay alır. Yəhudilərə söz verilən bir dünya hakimiyyəti var. Lakin bu dünya hakimiyyəti, son Nəbiyə uymaq şərtinə bağlıdır. Bu səbəblə Allah Təala Quranda:
“Ey İsrail oğulları! Sizə bağışladığım nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim. Təkcə Məndən qorxun!” (Bəqərə, 2/40).
Verilən əhdin nə olduğunu da digər ayədə görməkdəyik:
“Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun.” (Bəqərə, 2/41).
Beləliklə, son gələn Nəbiyə inanma şərti və onun xüsusiyyətləri əllərində olan Tövratda əlavə olaraq qeyd edilmişdir. Müjdənin əsas mahiyyəti də bundan ibarətdir. Lakin, indiyə kimi görülən o ki; Yəhudilər hələ də Allahın deyil, İblisin göstərdiyi yolla hərəkət edərək dünya hakimiyyətini əldə etməyə can atmaqdadırlar.
Oxşar sual-cavab üçün aşağıdaki linki tuşlayın:
http://www.muselmanlar.com/fitvalar/7248.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.