Müsəlmanlar

Rəsulullaha namaz qılmağı Cəbrayıl öyrədib?

Sual: Rəsulullah namazı Cəbrayıldan öyrənmişsə, ənənəçilərin dediyi kimi “Quranda hər şey yoxdu, namaz qeyri-mətluv yolla öyrədilmişdir” iddiası doğru olmurmu?

Cavab: Cəbrayıl bir elçidir. Elçi öz sözünü deyil, Allahın sözünü çatdırandır. Namazın vaxtlarını peyğəmbərimizə Cəbrayıl öyrətdi çünki bu mələk, digər peyğəmbərlərə də eyni namazı öyrətmişdi.

Burada öyrətməkdən məqsəd bilinən bir şeyi mükəmməlləşdirməkdən ibarətdir. Yoxsa bilinməyən təzə bir şeyi öyrətmiş deyil. Bildiyiniz kimi Məkkədə həm hənif dinin mənsubları namaz qılırdı həm də Məkkəyə ticarətə gələn yəhudilərdən namazın nə olduğuna və necə qılındığına dair xəbərləri var idi. Bunun bir dəlili də aşağıdaki hədis göstərilə bilər:

“Cəbrayıl  Kə’bənin yanında mənə iki dəfə imamlıq etdi. Birincisində  günəşin batdığı və oruclunun iftar etdiyi saatda axşam namazını qıldırdı. Şəfəqın itdiyi saatda da işa qıldırdı… Cəbrayıl ikinci dəfə imamlıq etdiyi vaxt  axşam namazını ilk günkü vaxtda qıldırdı. İşa namazını isə gecənin üçdə biri keçməkdə olduğu ərəfədə qıldırdı. Sonra Cəbrayıl Peyğəmbər əleyhissəlama dönü belə dedi: “Bu iki namaz (günorta və ikindi, axşam və işa) arasındakı vaxt genişliyi, səndən əvvəlki ümmətlərə də verilmiş bir rahatlıqdır.”[1]

Əlavə məlumat üçün aşağıdaki linkə tuşlayın:

http://www.muselmanlar.com/tedqiqatlar/5930.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Sünən əbu Davud salat 393, Tirmizî, Məvâkît, 1