Müsəlmanlar

Qurandan üz çevirənlərə şeytan ürcah olurmu?

Sual: Zuhruf sürəsi 36-cı ayədə keçən “Qurandan üz çevirənlərə şeytanı ürcah edərik” ifadəsindəki şeytan ilə qəsd edilən nədir?

Cavab: Allah, Quranda şeytanın insanlardan və cinlərdən olduğunu ifadə edir.[1] Şeytan, doğru yoldan uzaqlaşmış deməkdir. Məsələn; İblis Allahın əmrindən çıxana qədər şeytan deyə adlandırılmırdı. İnsanların da bəziləri, Allahın əmrindən çıxıb pis işlərin arxasına düşərlərsə, şeytan adlandırıla bilər. Necəki, xalq arasında deyirik: “Şeytanlıq eləmə!”. Belə deməklə onun buynuzlu ya da quyruqlu birinə oxşatmaq deyil, əməllərinin aldadıcı və pis olduğuna işarət etmiş oluruq. Yəni şeytan bir isim deyil, sifətdir. Kim bu vəsfi daşıyarsa, onu şeytan adlandırmaq olar.

Buna bənzər sual-cavab üçün aşağıdaki linki tuşlaya bilərsiz:

http://www.muselmanlar.com/fitvalar/6956.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Nas, 114/6.