Müsəlmanlar

Cinsi əlaqəyə aybaşı halı qurtalandan sonra qüsl almadan girmək olarmı?

Sual: Aybaşı halı qurtalandan sonra qüsl almadan cinsi əlaqə qurmaq olarmı?

Cavab: Bəqərə surəsinin 222-ci ayəsində Allah Təala belə buyurmaqdadır:

“Səndən heyz barəsində soruşurlar. De: ‘Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın’. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.”

Yuxarıdakı ayəyə əsasən, aybaşı əsnasında qadağan olunan cinsi əlaqənin halal sayılması üçün iki şərt lazımdır:

  1. Qadının adət/aybaşı halının bitməsi.
  2. Qadının pak olması, yəni qüsl alması/yuyunması lazımdır.

Aybaşı halı bitən qadın qüsl almadıqca cinsi əlaqənin ona halal olmayacağı barədə alimlərin də çoxu həmfikirdirlər.

Nəticə etibariylə, cinsi əlaqə qurmaq istəyən evlilər bu iki hala diqqət etsələr yaxşı olar.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/2874.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.