Sual: İnsan yaradılmadan qabaq hər hansı bir bəşər olubmu?
Cavab: Allahın kitabında olan bir şey iman məsələsidir. Bizə Quran, bəşər olaraq ilk yaradılan insanın Adəm olduğunu bildirir.
İnsandan əvvəl bəşər var idi demək də Qurana ziddir. Adəm və biz, bəşər deyilikmi? Allah Təala elçisi Muhəmməd əleyhissəlama: “Mən də sizin kimi bir bəşərəm…” deyir (Kəhf, 18/110).
Quran, Sad surəsi 71-ci ayəsində: “Rəbbin mələklərə dedi: Mən palçıqdan bir bəşər yaradacam.” Ayənin davamında: “Mən onu şəklə salıb rühümdan üflədiyim zaman səcdəyə qapanın!”- buyurur.
Bir başqa ayədə: “Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Onu torpaqdan yaratdı, sonra isə ona ‘Ol!’– dedi, o da oldu.” (Əli İmran, 3/59).
Bu ayədə Allah, İsanı da atasız yaratdığı üçün onun halını Adəmin halına bənzətməkdədir.
Nəticə etibariylə, biz Qurandakı ifadələri hər hansı bir fikrin və ya nəzəriyələrin təsirinə düşərək, ayələri buna görə yorumlaya bilmərik. Quran, açıq bir ifadəylə Adəmin ilk insan və ilk bəşər olduğunu bildirməkdədir.
Bənzər sual-cavab üçün aşağıdaki linkə tuşlayın:
http://www.muselmanlar.com/fitvalar/5080.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.