Müsəlmanlar

Müsəlman ölkəsində Kilsənin təmir edilməsi doğrudurmu?

Sual: Müsəlman ölkəsində Kilsənin təmir edilməsi doğrudurmu?

Cavab: Allah Təala, Bəqərə surəsində belə buyurmaqdadır:

“Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir. (Həcc, 22/40)

Ayədən görüldüyü kimi, əgər biz, dağılmaq üzrə olan hərhansı bir kilsəni ya da sinaqoqu təmir etməzsək, başqalarına qarşı xeyrxah olduğumuzu necə sübut edə bilərik?

Allah, “Sizinlə savaşmayan”, “sizi vətəninizdən sürgün etməyən” və “sizə qarşı savaşanlara köməklik göstərməyən” lərlə hər hansı bir ictimai, sosyal və siyasi əlaqələr qurmaqda bir qəbahət görməməkdədir.[1]

İslam ölkəsində yaşayan və vergisini verən hər bir şəxs, əqidəsindən asılı olmayaraq eyni hüquqlara malikdir. Bilavasitə dövlət, onların da dağılmaq üzrə olan kilsə və ya sinaqoqlarını təmir etməlidir. Belə xeyrxahlıqlar, başqalarının qəlbində Allahın dininə və müsəlmanlara qarşı etibar qazandırır və İslama qarşı marağa və təbliğə səbəb olur. Əslində olmasa da biz bunu etməliyik çünki Allah, xeyrxah olmağımızı əmr etməkdədir.

Əlavə məlumat üçün aşağıdakı linki tuşlayaraq “Din və Dövlət Münasibətləri” kitabımızdan faydalana bilərsiz:

http://www.muselmanlar.com/kitablar/5823.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Mümtəhinə, 60/8-9.