Sual: Dini məsələlərdə məzhəbini, təriqətini istinad almanın hökmü nədir? “O gün bütün insanları öz başçıları ilə birlikdə çağıracağıq…” (İsra, 17/71.) ayəsini, dini məsələlərdə öz məzhəbinə, təriqətinə istinad edənlərə şamil edə bilərikmi?
Cavab: Dini məsələlərdə özlərini hər hansı bir cərəyana istinad edənlər iki qrupdur: Bir qrup, zənn edir ki, bunlar İslama, Qurana və Allahın elçisinin yoluna uymaqdadırlar. Bu səbəblə onları təqib edir və bilmədiklərini onlardan soruşurlar. Allah, Quranda belə insanlara “ümmi”[1]-deyir. Bəqərə surəsi bu iki qrupdan belə bəhs edər:
“Onların arasında Kitabı bilməyən elə ümmilər vardır ki, onlar ancaq xülyalara (dalar) və ancaq zənnə uyarlar.” (Bəqərə, 2/78.)
Çünki bu ümmilər, elə zənn edirlər ki, müraciət etdikləri şəxslər Allahın kitabına uyurlar. Sonrakı ayədə isə ikinci qrupdan yəni, bu insanları azdıranlar barəsində belə buyurmaqdadır:
“Ancaq vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: ‘Bu, Allah qatındandır!’– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!” (Bəqərə, 2/79.)
Yuxarıda sual olaraq qeyd etdiyiniz İsra surəsi 71-ci ayəsi də bu insanları kor koruna təqlid etməkdə inad edən və onların rəhbərləriyinə bağlı qalan şəxsləri xəbər verməkdədir.
Dini öyrənmənin üsulu barədə məlumat istəyənlər aşağıdakı videonu izləyə bilərlər:
https://www.youtube.com/watch?v=umwjr_cCOGo
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Ümmi, anasından doğduğu gibi kalmış, bir şey öğrenememiş kişidir. (Lisanul Ərəb, “Ümmi maddəsi”)