Müsəlmanlar
“Ümmətimin alimləri İsrail oğullarının peyğəmbərləri kimidirlər” hədisi səhihdir?

“Ümmətimin alimləri İsrail oğullarının peyğəmbərləri kimidirlər” hədisi səhihdir?

Sual: "Ümmətimin alimləri İsrail oğullarının peyğəmbərləri kimidirlər" hədisi düzgündür (səhih)?

Cavab: Hədis kimi qəbul edilən bu söz camaat arasında məşhurdur. Lakin alimlər bunun uydurma olduğunu bildiriblər. Əliyyul-Qari adlı bir alim bu sözün tamamilə əsassız olduğunu və Dəmiri, Zərkəşi və İbn Həcər Əl-Əsqəlani kimi alimlərin də eyni fikirdə olduqlarını deyib. ((Əl-Məsnu, Əliyyul-Qari, təhqiq edən Abdulfəttah Əbu Quddə, Riyad, 1404 h., I cild, s. 123.))

Hədis alimi Münavi də bu sözün əslinin və hər hansı bir istinad nöqtəsinin olmadığını bildirib. ((Feyzul-qədir, Abdurrauf Əl-Münavi, Misir, 1356 h., IV cidl, s. 384.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.