Müsəlmanlar

Qiraəti gözəl olmayanın namazı gözəl olarmı?

Sual: Mən şükür Allaha ki, neçə ildir namaz qılıram. Ama axundlar kimi qiraətim yoxdur. Tələffüzüm gözəl deyil. Bilmək istəyərdim ki, mənim qıldığım namazda bir problem varmı?

Cavab: Qiraət, namazın əsas şərtlərindən biridir. Ancaq bu qiraətin gözəl olub olmaması isə namazın şərtlərinə daxil deyil.

Bir namazın gözəl olması, qılan insanın təqvasına və idrakına bağlıdır. Siz, bu keyfiyyətləri daşıyırsınızsa, qiraətiniz ya da tələffüzünüz pis olsa da deməli, namazınız gözəldir.

Quranda Allah belə buyurur: “Vay o şəxslərin halına ki, namazlarından qafildir. Riyakarlıq/göstəriş edirlər”. (Maun, 4-6)

Əsas olan, oxuduğunu anlamaq və onu həyatınıza əks etdirməkdir. Əgər bu şəkildə namazınızı qılırsınızsa, Allahın digər ayəsində təriflədiyi şəxslərdən olarsınız: “O kimsələr ki, namaz qılır və salih əməllər işləyir, onların yeri altından çaylar axan cənnətdir.” (Bəqərə 277)

Namazla əlaqədar ətraflı məlumat üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6815.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.