Sual: Məktəbdə müəllimimizə, “hər hansı bir məzhəbə bağlanmağa məcburuq?”- deyə, soruşdum. O da “əgər müctəhid olub və öz məzhəbini qura biləcək elmin varsa, məzhəblərə bağlanmağa ehtiyacın yoxdu”- dedi. Mən də bir şey deyə bilmədim. Görəsən düz deyir?
Cavab: Əsrlərdir müsəlmanlara din və məzhəb bu cür öyrədilmişdir. İnsanları Allahın yerinə hökm vermək məqamına gətirdiyiniz təqdirdə, yeni bir din və məzhəb ortaya qoymuş olursuz. Bu səbəblə Allah: “Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.” (Ənam, 6/159)
Bir başqa ayədə isə: “…Hər firqə öz təriqətinə sevinir.”- buyurmaqdadır. (Rum, 30/32)
Halbuki Allah, bir tək din göndərmişdir. Bu dinin adı ərəbcə İslamdır. Yəni, “təslim olmaq”– deməkdir. Məzhəb isə gedilən yoldur. İslamın yolu ilə gedənlərə də Müsəlman deyilir. Yəni, “təslim olmuş”- deməkdir.
Biz, Quranda hər hansı bir şeylə əlaqədar Allahın hökmünü öyrənməli və bilmədiyimizi də işin əhlindən, alimlərdən soruşmalıyıq. Lakin ənənədə olduğu kimi, onların özlərinin, məzhəb alimlərinin çıxardığı bir hökmə deyil, Allahın bu barədəki hökmünə baxmalı və o hökmə tabe olmalıyıq.
Qısacası; bizim bir tək adımız (müsəlman) və bir tək məzhəbimiz (İslam) olmalıdır.
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.