Müsəlmanlar

Cümə günü ölənlərin bir ayrıcalığı varmı?

Cavab: Cümə günü günlərin ən gözəli sayılır. Quranda da bu günə xüsusi diqqət yetirilməsi istənilir. Lakin, bidət əhlinin digər gün və gecələri istismar etdikləri kimi Cümə günlərini də istismar edərək, “Cumə günü və ya gecəsi ölən mömin, qəbir əzabı görməz.”,[1] “Cumə günü və ya gecəsi ölən mömin, şəhid olur və qəbir əzabından xilas olur.[2]kimi rəvayətləri qəbul etməkləri və buna inanmaqları Allahın kitabına və Nəbimiz əleyhissəlamın səhih hədislərinə tərsdir. Quran bizə: “İnsana ancaq öz çalışdığı/əməyi qalar.”[3] və ya “Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır.”[4] – buyurmaqdadır.

Peyğəmbər əleyhissəlamın isə: “Allahım! Yaşamaq mənim üçün xeyrli olduğu müddətcə məni yaşat. Ölmək mənim üçün daha yaxşı isə canımı al!”[5] – dediyi rəvayət edilir.

İnsanın necə öldüyü deyil, necə yaşadığı əsas alınmalıdır. Bu sözümüzə aşağıdakı hədis çox gözəl aydınlıq gətirir: “İnsanın yaşadığı zaman bir sədəqə verməsi, can üstündə yüz sədəqə verməsindən daha xeyrlidir.”[6]

Hansısa bir gün və ya gecədə anadan olmağın ya da ölməyin bir ayrıcalığı yoxdur. Bütün ayrıcalıqlar, insanların əməllərinə görədir. Çünki doğulmaq və ölmək bizim əlimizdə deyildir.

Oxşar sual-cavab üçün aşağıdakı linkə baxın:

Təsbih və Zikr

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

 

[1] Tirmizi, “Cənaiz” 73.

[2] Suyuti, “Camius-Sağır.”

[3] Nəcm, 53/39.

[4] Zəlzələ, 99/7-8.

[5] Buxari, Müslim, “Zikr”.

[6] Əbu Davud, “Zəkat”.