Sual: Kəhf surəsi 48-ci ayəsində “Andolsun ki, siz bizə ilk yaratdığımız kimi gəldiniz”- buyurulur. Bu ayəni necə başa düşəcəyik?
Cavab: Bu ayədə qəsd edilən məna; Allahın hüzuruna tək-tək gəlişimizdir. Necə ki, dünyaya ana qarnından tək-tək gəliriksə, Allahın hüzuruna da hesab vermək üçün bu qaydada çıxacağıq. Belə bir qənaətə gəlməyimizin əsas səbəbi, bu haqda başqa bir ayənin bizə verdiyi izahatdır. Alah Ənam surəsi 94-cü ayəsində bu haqda belə buyurmaqdadır: “Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (nemətləri) arxanızda (dünyada) qoyub gəlmisiniz. Öz aranızda şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızdakı rabitə qırılmış, uydurduğunuz (evliyalar) da sizdən uzaqlaşmışdır.”
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.