Sual: Zina etmiş adam, zina etməyən biri ilə evlənə bilərmi?
Cavab: Əgər səmimi tövbə edərsə, etdiyi günahlar əfv edilir və bundan sonra istədiyi biri ilə evlənə bilər. Allah Təala, Nur surəsi 5-ci ayəsində belə buyurur: “Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.”
Əksi halda, zinakar, iffətli biri ilə evlənməsi doğru deyildir. Furqan surəsində isə Allah, böyük günahları; “şərik qoşmağı”, “adam öldürməyi”, “zina etməyi” saymış və sonrasında tövbə edənlərin bağışlanağını buyurmuşdur. Ayələr belədir: “Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (Furqan, 25/68-70.)
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya info@muselmanlar.com email adresindən yollaya bilərsiniz.