Sual: Başqa bir şeyə çevrilən haram, halal ola bilərmi? Donuz ətindən istehsal edilən xam maddə, tərkibinin dəyişməsi nəticəsində halal olurmu? Əgər olursa, qida firmaları nə üçün milyonlarla pulu halal sertifikası almaq üçün xərcləyirlər?
Cavab: Bir şey halaldan harama dönürsə, haramdan da halala dönə bilər. Məsələn, eyni şərabdan sirkə istehsal edildiyində halal olduğu kimi. Bir şeyin özünə xas xüsusiyyətlərini itirib başqa bir şeyə çevrilməsi, onun hökmünün də dəyişməsinə gətirib çıxarır. Bilavasitə, əsli halal olan üzüm suyunun tərkibinin dəyişilib şəraba dönüşməsiylə haram, həmin şərabın içinə sirkə əlavə edilməklə sirkəyə çevrilməsiylə halal ola bilir. Eynilə donuzun dərisindən və sümüklərindən istehsal edilən proteinin tərkibini dəyişmək surətiylə jelatin əldə edilir. Jelatin təbiətdə olan bir maddə deyildir. Bilavasitə jelatində donuza aid heç bir maddə qalmır. Fiqhdə buna “istihalə yəni, başqa maddəyə çevrilmə” deyilir.
Halal qida sertifikası verən təşkilatların bunu qəbul etməmələri, verdikləri sertifikalardan çox böyük maliyət əldə etmələri səbəbiylədir. Onlar bunu itirmək istəmirlər.
Nəticə etibariylə, bir maddədə belə bir çevrilmə baş verdiyi anda halal harama, haram da halala çevrilə bilir.
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.