Sual: Zülmə məruz qalan müsəlmanlara necə köməklik edə bilərik?
Cavab: Gücümüz çatan yerdə köməklik göstərmək vacibdir. Əgər gücümüz çatmırsa ya da köməklik göstərdiyimiz təqdirdə daha böyük faciələr baş verəcəksə, o zaman qarşılıqlı görüşmə və müqavilələrlə köməklik göstərməyə çalışacayıq. Gücümüz və sözümüz keçməyən ölkə ya da dövlət əleyhinə oradakı müsəlmanlara köməklik göstərərsək, keçmişdəki xətaları təkrarlamış olarıq. Məsələn, Dağıstandakı Çobanmaxi və Karamaxi qəsəbələrinə şəriət qaydalarını hakim etmək üçün köməklik göstərən Çeçenistan, Rusiya ilə arasında olan müqaviləni və qonşu ölkənin sərhəddini çeynəyərək Dağıstana daxil olur. Nəticədə Çeçenistan və Rusiya arasında ikinci dəfə müharibə başlayır və təəssüf ki, bu müharibədə həm Çeçenistan həm də onları köməyə çağıran xalq ağır itki və məğlubiyyətlə üzləşirlər.
Dövrümüzün Müsəlman alimlər birliyinin başçısının, Fələstin xalqına “fələstinlilər yəhudilərə qarşı özlərini canlı bomba kimi partlada bilər” fətvasından sonra yəhudilər, fələstinlilərin yaşadığı bölgələrə divar hörərək onları həbsə məruz qoydular.
Nəticə olaraq, köməklik hər fürsətdə daha böyük fəsadlara yol açmayacaq qaydada edilməlidir. Quranda bildirildiyi kimi: “Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən (mühacirlər) və sığınacaq verib köməklik göstərən (ənsarlar) – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir camaat əleyhinə (yardım) istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür.” (Ənfal, 8/72.)
Buna bənzər məlumat üçün aşağıdakı linkə tuşlayın:
http://www.muselmanlar.com/fitvalar/muxtelif-meseleler/6865.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.