Sual: Səhih hədislər varmı? Bu hədislərin səhih sayılma meyarı nədir?
Cavab: Səhih hədislər əlbəttə vardır. Hədislərin səhih olub olmadığını başa düşmək üçün metodu bilmək lazımdır. Bir çox hədislər düz başa düşülmədiyi üçün bir kənara atılmışdır. Rəsulullahın Qurandan aldığı hər hansı bir hikmətli sözü, metodu bilməsəniz Qurana müxalif görə bilərsiz.
Təəssüf ki, İslamın din xadimləri Quranla əlaqə qurmadıqları üçün yəni, Quranı anlama metodunu bilmədikləri üçün özlərindən hədis üsulunda rical elmi deyə bir elm uydurmuş və buna əsaslanaraq hansı hadislərin səhih ya da uydurma olduğunu müəyyən etməyə çalışmışlar. Kim kimdən rəvayət etmiş, filan adam güvənli filan adam güvənsizdir iddiasıyla üç əsr özlərindən əvvəl yaşamış insanların rəsulullah adına rəvayət etdiklərinə dəyər biçmişlər. Halbuki biz eyni dövrdə yaşadığımız insanları dəqiq tanıya bilmirik və bu səbəblə bəzən; “mən səni belə bilməzdim” ya da ən yaxın dostun, həyat yoldaşın “sən məni hələ də tanımamısan”– deyir. Rəsulullah belə, özüylə eyni dövrdə yaşayan insanlar tərəfindən aldadıla biləcəyini Quran bu cür ifadə edir: “Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar (divara ) söykədilmiş dirəklər kimidirlər…”
Bu səbəblə hər hansı bir hədis ələ alındığı zaman Qurandakı metoda rəayət edilməli və qarşılıqlı dəyərləndirilməlidir.
Oxşar mövzu ilə əlaqədar bu linkə tuşlayın:
http://www.muselmanlar.com/fitvalar/6028.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.