Müsəlmanlar
Ağsaqqal və böyüklərə hörmət əlaməti olaraq ata demək

Ağsaqqal və böyüklərə hörmət əlaməti olaraq ata demək

Sual: Bir şəxs başqa birinə ata deyə bilər? Ya da bir kişinin öz arvadının atasına (qayınatasına) ata deməyi dinimiz baxımından nə dərəcədə düzgündür?

Bu məsələdə bir problem yoxdur. Çünki ata sözü insanın öz atasına deyildiyi kimi hörmət edilən böyüklərə də deyilə bilər. Yəni, adət-ənənəyə əsasən bir şəxsin öz atası yaşda olanlara ata deməyi bu mənim doğma atamdır mənasında deyil, əksinə, onlara hörmət üçün deyilmiş bir sözdür. Başqa sözlə, ər-arvadın bir-birinin ata-anasına yaxud ata-anası haqqında “atam” və “anam” deməyində bir problem yoxdur. Peyğəmbərimizin (ə. s.) qadağan etdiyi şey odur ki, bir insan öz atasını inkar edib başqa bir şəxsin övladı olduğunu iddia etsin.