Sual: Quranda adı keçməməsinə baxmayaraq, Xızır adlı şəxs haqqında çoxlu rəvayətlər var. Onun ölmədiyini, aramızda yaşadığını, insanları qurtardığını, köməklik göstərdiyini, bu səbəblə runahiyyətindən istifadə ediləcəyini iddia edənlər vardır. Bu haqda siz nə deyirsiniz?
Cavab: Bir insan, özü ilə Allah arasına hər hansı bir şəxsi qoyursa və ondan köməklik istəyirsə, o insanın müsəlmanlıqla əlaqəsi qalmamıştır. Bu cür insanların fərqli adlarla; “Yetiş ey Filankəs!”- deyə səslənmələri, onları mahiyyəti eyni olan şirkə sürükləməkdədir. Belə bir yola başvuranlar, dahi ya da xəyali şəxsləri müqəddəsləşdirmək surətiylə -eyni müşriklər kimi- dini şəxslərə endirməkdə və hər bir işdə onlara səslənməkdədirlər. Xızır da məhz bu müqəddəsləşdirilən xəyali şəxslərdən biridir.
Oxşar məlumata aşağıdakı linkdən baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/6580.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.