Sual: Sehr ya da cadu ilə məşğul olmağın hökmü nədir?
Cavab: Sehr, cadu deyilən bir şeyin həqiqəti yoxdur. Bunlar, bir şeyi həqiqi mahiyyətindən fərqli formada göstərərək, qarşısındakını aldatmaqdır. Sehrbazlıq edən də onu seyr edən də bilir ki, göstərilən şeylərin əsl mahiyyəti aldatmaqdan ibarətdir. Cadugərlik, bir insan üzərində psixoloji ya da çoxbilmişlik təsiri bağışlayaraq özünü ona inandırmasıdır.
Qurani-Kərimin Tə-ha surəsinin 60-cı ayəsindən etibarən 71-ci ayəsinə qədər oxuduğunuz zaman sehrbazlığın bir aldatma olduğu və insanı küfrə götürən bir günah olduğunu görəcəksiniz.
Sehr haqqında ətraflı məlumat üçün bu linkə tuşlayın:
http://www.muselmanlar.com/fitvalar/662.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.