Sual: Bəqərə surəsinin 217-ci ayəsində keçən “fə yəmut” ifadəsi və “əməlləri dünyada puç oldu” qismi dindən dönənlərin öldürülmələrinə dəlil ola bilməzmi?
Cavab: Ayədə, dindən dönənlər barədə belə buyurulur: “وَمَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنْ دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ”
“…Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar…”
Bu ayədə ifadə edilən “فَيَمُتْ”=fə yəmut” kəliməsinin mənası öldürülərsə deyil, “ölsə” yəni, dinindən dönüb kafir olaraq ölsə ifadəsindən o vəziyyətdə ölərsə şərti var. Deməli, ölmədən əvvəl yenidən imana gəlməsi üçün fürsət verilməkdədir. Yox əgər dönməz və kafir olaraq ölərsə, o zaman əvvəl gördüyü əməlləri də puç olacağı bildirilir. Bu səbəblə ayədə: “İnanan sonra kafir olan, sonra yenə inanan və yenə kafir olanlar”- ifadəsi təkrarlanmaqdadır. Əgər məzhəblərin iddia etdiyi kimi; dindən dönən biri tövbəsi də qəbul edilmədən öldürülməli isə, Nisə surəsi 137-ci ayədəki bu ifadənin nə mənası qalır? “Şübhəsiz ki, iman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və (doğru) yola yönəltməyəcəkdir.”
Ənənənin əksinə; Quran, dinindən dönənlərin cəzasının nə olduğunu açıq şəkildə bu ayələrdə ifadə etməkdədir: “İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar. İman gətirdikdən, Elçinin həqiqi (peyğəmbər) olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz. Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir.” (Əli-İmran, 3/85-87.)
Son ayədə dindən dönənlərin cəzasının; Allahın, mələklərin və bütün insanların lənəti olduğu bildirilir. Bu cür adamlar, dünyada yaşadıqları müddətcə hüzurlu ola bilməzlər. Axirətdə isə əbədi əzab görmələri, onların lənətə məruz qalmalarıdır.
Suala cavab verdi: Professor Abdüləziz Bayındır.[1]
Dindən dönənlər barədə ətraflı məlumat üçün bu linkə tuşlayın:
http://www.muselmanlar.com/tedqiqatlar/6057.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]