Müsəlmanlar

Cümə namazının fərzini qıldıqdan sonra Məsciddən çıxmalıyıq?

Sual: Quranda Cümə günü “namaz qılındıqdan sonra yer üzünə dağılın” əmrinə baxmayaraq, namaz qılmağa davam edənlər günah işləyirlər?

Cavab: Quranda Cümə surəsinin 10-cu ayəsində bildirilən bu əmr, tövsiyə xarakterli bir əmrdir. Rəvayət edilən bir çox hədislərdən də Rəsulullah və səhabə dövründə bu əmrə rəayət edildiyini görürük. Nafilə namaz qılmaq istəyən səhabə isə gedib evində qılardı.

Günümüzdə isə buraxın iki rükət nafilə qılmağı; bir də “zöhri-axır” adıyla günorta namazı və əlavə olaraq kütləvi halda təsbih etməyi bir qayda halına gətirmişlər. Bu qaydaya rəayət edənlər də bu cür tətbiqatların əsrlər sonra bir bidat olaraq ortaya çıxdığını yaxşı bilirlər.

Buna bənzər məlumat üçün aşağıdakı linkə baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/4965.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.