Sual: Bir müəllim öz söhbətlərinin birində, “Quran məallarını təfsirlər olmadan başa düşmək olmaz”- dedi. Quran bu barədə nə deyir?
Cavab: Quranın açıq olması, təbiətdəki ayələrin açıq olması kimidir. Lakin, hər hansı bir mövzuda bir ayəni götürüb, o mövzu haqqında “Quranın hökmü budur”, qənaətinə gəlməmək lazımdır. Bu eyniylə bir üzvü götürüb, məsələn; təbiətdəki yarpağı və ya budağı götürüb, ona ağac deməyə bənzəyir.
Siz Quranı oxuduğunuz zaman bir çox məal xətaları olmasına baxmayaraq, yenə də oradan sizə lazım olan məlumatları əldə edə bilərsiniz.
Quranı izah etmək səlahiyyətini Allah təala özündən başqa heç kimə verməmişdir.[1] Qurandan hər hansı bir məsələnin həllini tapmaq üçün isə xüsusi bir qabiliyyət və elm tələb olunur. Bu qabiliyyət və elmi üsul, ikinci xəlifə Ömərdən sonra ortadan qalxmışdır. Təəssüf ki, o gündən bu yana da müsəlmanlar, məsələləri həll etmək yerinə problem çıxarmaqdadırlar. Hal-hazırda ən pis vəziyyətdə olan ölkələr müsəlman ölkələridir. Çünki, həqiqi mənada İslam ortada yoxdur. Din xadimləri, Allahın vermədiyi bir səlahiyyəti özlərində görərək Quranı öz əqidələrinə uyğun yozmaq surətiylə məal və təfsirlərin böyük bir qismini təhrif ediblər. Elə bu səbəblə, istər məal oxuyun istərsə təfsir oxuyun, ideal mənada Quranı başa düşmək mümkün olmur. Bu halda olan məalı oxuyub başa düşməyənlər nəticədə din xadimlərinə yönəldikləri təqdirdə onlardan; “siz Quranı başa düşməzsiz” cavabını almış olurlar.
Dini öyrənməklə əlaqədar aşağıdakı video dərsi izləyə bilərsiniz:
http://www.muselmanlar.com/elanlar-xeberler/6208.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Əli-İmran, 3/7.