Sual: Səfəri olan bir adam 4 rükətlik fərz namazlarda muqim bir imama uyarsa necə hərəkət etməlidir?
Cavab: Ənənəyə əsasən, namaz qılan şəxs imama uyarsa, səfəri də olsa, 4 rükət qılmalıdır. Bu iddialar; “camaat imama tabedir”- qaydasına əsaslandırılır. Halbuki, rəsulullah əleyhissəlam da imam idi və səfərdə arxasında bir qrup namaz qıldıqdan sonra ilk qrup ondan ayrılaraq başqa bir qrup gəlib namaz qıldılar. Quranda da bu barədə; səfərdə və döyüşdə namazların necə qılınması barədə bildirilməkdədir.[1]
Biz namazda imama uysaq da uymasaq da məruz qaldığımız vəziyyətə əsasən namaz qılırıq. Yəni, səfərdə səfəri şərtlərinə, sağlıqda səhiyyə şərtlərinə (oturaraq, yataraq) bağlı namaz qılırıq. Hər kəs öz namazını qılır. İmamın dəstəmazı pozulanda arxadakıların da pozulmadığı kimi, səfəri bir kimsə də 4 rükətlik namaz qılan birinə uyduğu zaman iki rükət qılıb namazdan çıxsa namazı pozulmaz. Ancaq namazdan çıxmadan dördə də tamamlaya bilərsiniz ki, son iki rükət nafilə olmuş olur.
Buna bənzər məsələlər üçün aşağıdakı keçidə yönəlin:
http://www.muselmanlar.com/fitvalar/4967.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Nisə, 4/102. Ayəyə əsasən; Rəsulullah iki rükət namaz qılır. Bir qrup rəsulullaha uyaraq bir rükətlik namaz qılıb ayrılır və digər qrup gələrək onlar da bir rükət namaz qılaraq tamamlayırlar. Düşmən hücumu qarşısında, səfəri olan iki rükət bir rükətə enmiş olur.