Müsəlmanlar

Məsciddə əzan oxunmadan fərz namazını qıla bilərik?

Sual: Namaz qılmaq üçün əzanların oxunması şərtdir? Məscidimizdə əzan oxunmadan namazımızı qıla bilərik?

Cavab: Əzan, “duyurmaq, elan etmək”– deməkdir. Bu duyurunun, elanın verilməsindəki əsas məqsəd, namazın girdiyini xəbər vermək və insanları namaza dəvət etməkdir. İnsanlar müxtəlif iş gördükləri və başları qarışdıqları zaman onlara namaz vaxtlarının girdiyini bildirmək yaxud da elan etmək üçün əzan verilir.

Nəticə etibariylə, hər hansı bir yerdə istəyir məscid olsun, istəyir olmasın, istəyir əzan oxunsun istəyir oxunmasın; əgər namazın vaxtı giribsə, namazınızı qıla bilərsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.