Müsəlmanlar

Qəza namazı yoxdursa, vaxtında qılmadığımız namazlar necə olacaq?

Sual: Qəza namazı yoxdursa, vaxtında qılmadığımız namazların günahını necə əvf etdirəcəyik? Tövbə etdikdən sonra edəcəyimiz bir şey yoxdur? Qılmadığımız o namazları daha sonra qılmaqda bir qəbahət varmı?

Cavab: Allah Təala, Nisə surəsinin 103-cü ayəsində “Biz namazları vaxtlarına görə müəyyən etdik.”– deyə buyurmaqdadır. Bu səbəblə namazlar Allahın buyurduğu vaxtlar içərisində qılınmalı və öz istəyimizə, keyfimizə buraxılmamalıdır.

Bəzi şeylərin geri dönüşü olmur. Keçən günün aclığını bu gün yeməklə doyura bilmədiyiniz kimi; o günə ya da o vaxta məxsus namazı da səbəbsiz yerə tərk etmək surətiylə onu bir başqa gündə əvəz edə bilməzsiniz (Unutmaq ya da yatıb qalmaq halları xaric).

Bilərək tərk etdiyimiz namazlarda edəcəyimiz iş; tövbə etməli və bir daha tərk etməmək üzərə söz verilməlidir. Səmimi bir tövbəni də Allah əfv edər.

Buna oxşar sual-cavabla aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2040.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.