Müsəlmanlar

Allah Təala, cəhənnəmlik olsunlar deyə insanları azdırırmı?

Sual: Allahın azdırdığı kimsəni doğru yola gətirməkmi istəyirsiz?” (Nisə 87.) Ayətə bu qaydada məal vermək doğrudur?

Cavab: Belə bir məal doğru bir məal deyildir. Allahın azdırdığı deyil, Allah heç kimi azdırmaz. Ayədə keçən “ أَضَلَّ” kəliməsi azdırmaq mənasında deyil, azmağı təsdiqləmək mənasındadır. İnsan özü azır və Allah da azmışlığını təsdiqləyir. Ancaq azmadan əvvəl onu ciddi şəkildə xəbərdar edir. Doğru yola gəlməkdə də belə edir; insan özü doğruya gəlir, Allah da onun doğruluğunu təsdiqləyir.

Nəticədə insanı Allah özü xüsusi olaraq nə azdırmır nə də doğru yola gətirmir. Hər kəs özü bu iki yoldan birini seçir və Allah da secdiyini təsdiqləyib yazır:

“Biz ona doğru yolu göstərdik. Ya şükr edən olar ya da nankoluq.” (İnsan, 76/3.)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.