Sual: Nisə surəsi 1-ci ayədə: “Sizi bir tək canlıdan yaradan və ondan yoldaşını yaradan…”- ifadəsini Adəm və Həvvadan yaradılma olaraq başa düşməliyik?
Cavab: Əlbəttə, ilk yaradılan Adəm və Həvvadır. Ayədə “Sizi bir tək nəfsdən”- yəni mayalanmış yumurtadan, necəki, biz də hamımız bu mayalanmış yumurtadan yaradılmışıq. Ayənin davamında “…və o ikisindən meydana gətirib yayan…”- ifadəsi kişi və qadın cinsini ifadə edir. Lakin burada qəsd edilən təkcə Adəm və Həvva deyildir. Çünki söhbət bir tək nəfsdən yaranan insanların çoxalmasından gedir. Buna bənzər bir ifadə Əraf surəsinin 189-cu ayəsində keçər. Hər iki ayədə “nəfsi vahidə=tək nəfis” kəliməsi maarifə yəni müəyyənlik ifadə etməz və nəkrə olaraq yəni, qeyri-müəyyən bir əvəzliklə gəlir. Bilavasitə burada qəsd edilən təkcə Adəm və Həvva deyil, zürriyyət sahibi olan bütün insanlardır.
Oxşar mövzulara aşağıdakı linklərdən baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/5080.html
http://www.muselmanlar.com/fitvalar/784.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.