Müsəlmanlar

Kimlər fitrə verməlidirlər?

Sual: Ramazan ayında verilən fitrəni kimlər verməlidirlər?

Cavab: Fitr sədəqəsi məsələsində zəkat vermək məsələsindəki nisab miqdarı (85 qram qızıl və ya bunun dəyərində pul, yaxud mal) mal-mülkə malik olmaq şərti yoxdur. Varlı, yaxud kasıb olmasından asılı olmayaraq Ramazan ayında oruc tutmağa gücü çatan hər bir müsəlman fitrə verməlidir. Bu kateqoriyaya fitrə alan yoxsul müsəlmanlar da daxildirlər. Bunun sayəsində hər bir mömin möhtac vəziyyətdə olan digər mömin qardaşlarına kömək etməyin sevinc və gümrahlığını hiss edir.

Əlavə məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/tedqiqatlar/849.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.