Sual: Evimi satın alan adam, kreditdən istifadə edirsə bunun mənə vəbalı varmı?
Mən evimi satmaq istəyirəm. Lakin satın alan müştəri bankdan kredit çəkəcək. Bu halda onun kredit çəkməsinə vasitəçilik etmiş olurammı?
Cavab: Bu vəziyyətdə faizlə sizin yox, evinizi satın alan adamın əlaqəsi vardır. Siz, onu bu işə vadar etmədiyiniz və vasitəçilik etmədiyiniz müddətcə onun günahından sizə heç bir pay yoxdur. Sizin satdığınız şeydən siz, onun aldığı şeydən də o məsuliyyət daşıyır.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Buna oxşar sual-cavablara aşağıdakı linkdən baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/2801.html
http://www.muselmanlar.com/fitvalar/4612.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]