Müsəlmanlar
İntihar qəsdləri misli ilə qarşılıq olaraq dəyərləndirilə bilməz?

İntihar qəsdləri misli ilə qarşılıq olaraq dəyərləndirilə bilməz?

Sual: Bu gün İslam ölkələrinə girən işğalçılar qadın, uşaq demədən hərkəsi öldürür. Onların ailələri isə hüzur içində yaşayır. “Bir pisliyin cəzası onun misli bir cəzadır” - qaidəsinə əsasən bunların cəzası nə olmalıdır? İntihar hərəkətini bu müstəvidə dəyərləndirə bilərik?

Cavab: Əvvəlki cavablarda da bildirdiyimiz kimi: İntihar hərəkətləri heçbir surətdə tətbiq edilə bilməz. Çünki, heç kim özünü öldürmək haqqına sahib deyildir. Özünü öldürən şəhid olmaz. Quranda Allah: “Özünüzü öldürməyin!” – buyurur. (Nisə, 4/29.)

Kafirlərin elədikləri bu cür cinayətlər isə onları cəhənnəmə götürür. Onlara baxıb biz də qisas düşüncəsilə, günahsız qadın və uşaqları öldürə bilmərik.

Buna oxşar sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6611.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.