Müsəlmanlar

Faiz sisteminə qarşı hansı tədbirləri ala bilərik?

Sual: Faiz sisteminə qarşı hansı tədbirləri ala bilərik və bu sisteminin yerinə hər hansı bir alternativ sistem gətirmək olmazmı?

Cavab: Faizi ortadan qaldırmaq üçün güclü iman və siyasi iradə olmalıdır. Həm dövlətin həm də xalqın bu soyğunculara müraciət etməməsi, yəni faiz almaması və verməməsi lazımdır. Allah Təala İbrahim surəsində insanlara: “Bu kitab sizi qaranlıqdan aydınlığa çıxarmaq üçün Qüdrətli, Tərifəlayiq Allah tərəfindən nazil oldu.”– buyrulmaqdadır.

Bu faiz sisteminin yerinə heç bir alternativ gətirmək lazım deyil. Belə bir batıl sistemi ortadan qaldırmaq, düşündüyünüz qədər çətin bir şey də deyildir. Yerinə İslam iqtisadıyyatını tətbiq etdiyiniz zaman problem bitər. Bu, qaranlıq otaqda lampanı yandırmağa bənzəyir. Bu qədər asandır. Əgər bu din və bu kitab, problemləri belə asan həll etmək gücündə olmasaydı nə bu din Allahın dini, nə bu Quran Allahın kitabı olmazdı.

Nəticə etibarilə; faiz sisteminin özünü ortadan qaldırmaq çətin deyil, insanları bu kirli işlərdən uzaqlaşdırmaq çətindir. Çünki, qaranlıq işlərlə məşğul olan yarasa xislətli insanlar heç bir yerin aydınlanmasını istəmirlər.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/faiz-ve-kredit/6576.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []