Sual: İş yeri kimi həmişə bir yerdə olduğumuz sahələrdə Allah yoxmuş kimi davranan insanlara qarşı mövqeyimiz necə olmalıdır? Onlara qarşı (elədiklərinə şahid olduğumuz üçün) bir məsuliyyət daşıyırıqmı?
Cavab: Bizim insanlara qarşı məsuliyyətimiz yeri gəldiyi vaxt, uyğun bir zamanda doğru olanı yəni, Allahın ayələrini onlara çatdırmaqdır.[1] Onlarla din davasına girmək lazım deyil. Məsələn, özümüzdən heç bir şey qatmadan və həddi aşmadan təmiz bir suyu təqdim edənlər kimi Allahın dinini təbliğ edəcəyik. Çünki, başqaları tərəfindən heç bir şey qatılmadan təqdim edilən din, hər kəsin ehtiyac duyduğu təbii su kimidir. Siz təqdim etdikdən sonra qarşı tərəf buna ehtiyacı olmadığını deyirsə, artıq təzyiq göstərməyəcəksiniz. Çünki Allah, istəyənə cənnətə, istəməyənə də cəhənnəmə getmək hürriyyətini vermişdir.
Buna bənzər məlumatlara aşağıdakı linkdən baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/6423.html
http://www.muselmanlar.com/dusunce-sahesi/4947.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.” (Əli-İmran 3/104.)