Müsəlmanlar
Bankın yediyi pulu təzədən onlardan almaq üçün faizə pul yatdırsam olarmı?

Bankın yediyi pulu təzədən onlardan almaq üçün faizə pul yatdırsam olarmı?

Sual: Bank, hesabımda pulumu saxladığı üçün hesab əməliyyatı qarşılığı haq alır. Bu pulu təzədən onlardan almaq üçün faizə pul yatdırsam olarmı?

Cavab: Faizə pul yatdırmaq qətiyyən olmaz. Onların işlədiyi günaha ortaq olmamaq lazımdır. Banklar onsuz da onlara köçürülən puldan külli miqdarda faiz alırlar. Üstəlik bu hesab əməliyyatını da əlavə edərək günahlarını artırırlar.

Bankacılıq qədər insanlığa düşmən olan başqa bir təşkilat yoxdur. Banklar bütün dövlətləri xəraca bağlayıblar. Bu səbəblə tez bir zamanda bu çürük sistemdən xilas olmaq lazımdır. Ancaq təəssüf ki, bizim dediklərimizə təkcə qeyri-müsəlmanlar deyil, heç müsəlman olan dövlət başçıları da məhəl qoymurlar.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumatlara aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1094.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []