Sual: Bir qadının yad kişiylə əl-ələ görüşməsi caizdirmi?
Cavab: Nur surəsinin 31-ci ayəsinə əsasən, qadınların yad kişilərlə əl-ələ görüşməsi caiz deyildir.
Bir birinə yad olan qadın və kişilərin görüşmələrində ən gözəl üsul; Allahın salamını verməkdir, yəni sözlü qaydada olanıdır. Bunu da nəzərə almaq lazımdır ki, əgər bir kişi ya da bir qadın, qarşı tərəfə əlini uzatmadan görüşmüşsə, bu saymazlıqdan deyil, ona hörmətin və Allahın qoyduğu həddə rəayətin bir əlamətidir.
Ətraflı məlumat üçün bu linkə baxa bilərsiniz:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.