Sual: Xristianlıqda İsa əleyhissəlamın yanında niyə quzu simvolu var?
Cavab: Xristianlıqda İsa əleyhissəlamın quzu fiquru ilə birlikdə canlandırılmasının səbəbi buna əsaslanır: “İsa, özünü qurban edərək bizi xilas etdi.”– deyərlər. Bu simvolda İsa əleyhissəlam özü bir quzu kimi təmsil edilməkdədir. Yəni, Adəm əleyhissəlamın etdiyi günahı öz üstünə götürərək, bütün insanlığı xilas etdiyinə inanırlar. Bu səbəblə xristianlar, İsa özünü qurban etdiyi üçün qurban ibadətini də yerinə yetirmirlər və artıq qurban kəsmirlər. Əslində bu ibadət müsəlmanlarda olduğu kimi onlarda da var idi. Yəhudilərdə də bu ibadət var idi. Ancaq yəhudilər, “Beytul Məqdisin” yıxıldığını bəhanə gətirərək bu ibadətlərindən üz döndəriblər.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Buna bənzər məlumatlara aşağıdakı linkdən baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/2505.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]