Sual: Qurani-Kərimdə cəhənnəm əhlinin çoxunun qadınlar olduğuna dair hər hansı bir ayə varmı? Bəzi din xadimləri söhbətlərində xüsusilə qadınları fitnə mənbəyi olaraq göstərir və bu barədə hədis də rəvayət edirlər. İşin əsli nədir?
Cavab: Bu kimi və buna bənzər iddiaların çoxu peyğəmbərimiz (s.a.v.)-ə əsaslandırılmaqdadır. Kişilərin də cür rəvayətlərdən xoşu gəlir.
Qadın da kişi də ən çox bir-biri ilə imtahan edilir. Əgər kişini ən çox yoldan çıxaran qadın isə, o zaman qadını da ən çox yoldan çıxaran kişi olması lazımdır. Bir də Peyğəmbərimiz dövründən bu yana hələ qiyamət qopmadığı və cənnətə, cəhənnəmə gedəcək insanların sayı müəyyən edilmədiyi üçün bunların bilinməsi də mümkün deyildir. Belə bir düşüncə, əvvəlcədən cənnət və cəhənnəmliklər hazırlayan Cəbriyyəçilərin əqidəsinə uyğun düşər. Bilavasitə, belə rəvayətlər peyğəmbərimizə atılan iftiradan ibarətdir və Quranda heç bir əsası yoxdur.
Pyğəmbərimizlə əlaqədar gələcəyə dair hədislərin çoxunun əsli əsası yoxdur və bu hədisin də Qurana zidd olduğu açıqdır. Allah, Quranda peyğmbərimizlə əlaqəli belə buyurur:
“De ki, mən elçilərin ilki deyiləm. Mənə və sizə nə ediləcəyini də bilmirəm.” (Əhqaf 9)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.