Müsəlmanlar

Məzi bulaşmış şalvarla namaz qıla bilərik?

Sual: Cinsi arzular səbəbilə və ya ehtiraslı səhnələr görəndə cinsi orqanımdan məzi axdığını və bunun şalvarıma da bulaşdığını görürəm. Mən nə etməliyəm. Bu şəkildə namaz qıla bilərəm?

Cavab: Səhabədən, o cümlədən Əli əleyhissəlamdan məzi[1] barədə bir çox hədislər nəql edilmişdir. Bunlardan biri belə rəvayət edilir: “Məzidən ötrü çətinlik çəkməkdə və tez-tez yuyunmaqdaydım. Vəziyyətimi Rəsulullaha (s.a.v.) çatdırdım. Mənə, məzidən ötrü təkcə dəstəmaz almağın kifayətdir, dedi. Bunun üzərinə: Ey Allahın elçisi! paltarıma bulaşan məzi nə olacaq?’- dedim. ‘Bir ovuc su alıb, bu suyu paltarının bulaşdığı yerə tökməyin kifayətdir.’- buyurdu.”[2]

Hətta paltarda məzi yerinə məni[3] olsa belə, hökm dəyişməz. Bu mayelərə bulaşan patlarlarla; maye yaş isə üzərinə su tökülərək, quru isə ovxalanaraq təmizləndikdən sonra namaz qılına bilər. Bu barədə bütün məzhəblər də ittifaq ediblər.

Aişə anamızın bu haqda belə bir rəvayəti vardır: “Mən Allah rəsulunun paltarına bulaşan mənini qurudub (ovxalayır), sonra O da bu paltarla gedib namaz qılardı.”[4]

Əlbəttə, mövcüd şəraitdə və imkan dairəsində bu cür patlarların yenidən yuyulması daha məqsədəuyğundur.

Nəticə etibarilə; məzisi axan adam, yenidən dəstəmaz alıb namazını qıla bilər. Bunun üçün qüsl almağa və patlarını dəyişməyə ehtiyac yoxdur.

Suala cavab verdi: Aydın Mülayim.

Buna bənzər digər sual-cavabla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1411.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Məzi, ehtirasdan, erotik xəyallardan sonra orqazm olmadan bərkimiş cinsi orqandan axan şəffaf  mayedir.

[2] Tirmizi, “Təharə”, 84; İbn Macə, “təharə”, 70.

[3] Məni, orqazm nəticəsində cinsi orqandan axan ağ qatı mayedir.

[4] Müslim “Təharət “, 1/288.