Sual: Qadının kişidən, kişinin də qadından dərs öyrənməsi caizdirmi?
Cavab: Bir qadın kişiyə, bir kişi də qadına dərs keçə bilər. Ancaq baş-başa və bağlı qapı arxasında olmaz. Onların yanında bir başqası da olması lazımdır. Peyğəmbərimiz əleyhissəlamın da bildirdiyi üzərə: “Olmaya bir kişi, yanında məhrəmi olmadıqca yad bir qadınla xəlvəttə qalmasın.”[1]
Qısacası, hər bir şeyin bir üsulu və qaydası olduğu kimi bunun da İslamda bir üsul və qaydası vardır.
Buna oxşar sual-cavabla aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/5782.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Buxari, “Nikah, 111”; Müslim, “Həcc.”