Müsəlmanlar

Namaz qılan müsəlmanın alnında səcdə izi olmalıdır?

Sual: Fəth surəsinin 29-cu ayəsində “Onların əlaməti, üzlərindəki səcdə izidir”- deyə məal verilir. Bəziləri səcdə izini möhr izi olaraq tərcümə edirlər. Düzgün məal necədir? Orada keçən səcdə izi nə mənaya gəlir?

Cavab: Alınlarında səcdə izi buraxmaq çabası xüsusilə İxvani-Müslimində və Şiələrdə görülməkdədir. Bunlar xaricdən baxan insanların və axirətdə Allahın tanıması üçün alınlarını qaraltmaqdadır. Ayədə qəsd edilən isə alınları deyil, “…onlar üzlərindəki səcdə izindən tanınır…”– deyilməkdədir. Yəni, axirətdə mömin olanla mömin olmayanlar bilinir. Buna bənzər ifadə Tövrat və İncildə də ifadə edilməkdədir. Bir də nə peyğəmbərin nə də səhabələrin alınlarında iz buraxdıqlarına dair bir dənə səhih rəvayət bizə gəlməmişdir. Belə bir hərəkət eyni zamanda göstərişə (riyakarlığa) də səbəbiyyət verməktədir.

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/6194.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.