Müsəlmanlar
Quranda keçən “qiyamət günü” ifadəsi hansı zaman felinə daxildir?

Quranda keçən “qiyamət günü” ifadəsi hansı zaman felinə daxildir?

Sual: Quranda keçən “yövmul-qiyamə” yəni, qiyamət günü birinci surla, yoxsa ikinci surla başlayır?

Cavab: Qiyamət kəliməsinin mənası ayağa qalxmaqdır. Qiyamətdən əvvəl dedikdə də hal-hazırdakı zaman nəzərdə tutulur. Qiyamət, məhşərdə ayağa qalxma gününü ifadə edir. Qiyamət günü, insanların qəbirlərindən qalxmaqlarından başlayıb, sonsuza qədər davam edən günün adıdır. O gün haqqında Allah Təala belə buyurmaqdadır:

“Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq.” (Kəhf, 18/99.)

“Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.” (Ənbiya, 21/47.)

Buna oxşar sual və cavablarla aşağıdakı keçiddə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2052.html

http://www.muselmanlar.com/fitvalar/3374.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.