Sual: Quranı tarixsəl bir kitab olaraq görmənin nə ziyanı var?
Cavab: Quranı tarixi bir kitab kimi görməyə çalışan tarixsəlçilər, Onu keçmiş dövrə həsr etməyə çalışırlar. “Quranı başa düşmək üçün də o dövrə getmək lazımdır.”– deyirlər. Yəni, “Quran təkcə peyğəmbər dövrünə və o dövr insanına aiddir. Günümüzün məsələləri və şərtləri dəyişdiyi üçün artıq, yeni məsələlərə və şərtlərə boyun əyməliyik. Quran hər dövrün məsələlərini həll etməz və İslam beynəlxalq bir din deyildir.” Qısacası, “Quran Allahın kitabı deyil, Muhəmmədin yazdığı bir kitabdır”- demək istəyirlər. Bu səbəblə, “Quranda Mələk yoxdur, möcüzə yoxdur, namaz yoxdur, bu yoxdur, o yoxdur” – deyərlər. Hətta bu sözləri İslam alimi sifətilə: “Quranla heç bir problem həll olunmaz, Qurandan hökm çıxarılmaz, Quran kifayət deyildir” – deyənlər vardır. Bu cür alimlər (!) tarix boyu müsəlmanlar arasında parçalanma salmağa, Quranı da etibarsızlaşdırmağa və şəxsi mənfəətlərinə alət etməyə çalışırlar. Məzhəblər də buna bənzər fikirlərdən əmələ gəlmişdir.
Halbuki, İslam dini beynəlxalq qanunlardan ibarət olduğu kimi, Onun kitabı da hər dövrə aid beynəlmiləl həqiqətləri ehtiva edir. Bu həqiqətlər insan fitrətinə məxsus olan və hər dövrdə də bunlara ehtiyac olan, ideal insan olmağın ayrılmaz parçalarıdır. Bilavasitə, hər hansı bir insanın və ya dövrün buna ehtiyacı yoxdur deyilməsi, insanlığa və təbii dəyərlərə ehtiyac yoxdur mənasına gəlir.
Daha ətraflı məlumat almaq istəyənlər saytımızın bu video dərsini izləyə bilərlər:
https://www.youtube.com/watch?v=SsMWMRBtiB8
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.