Müsəlmanlar

Evlilər arasındakı problem qismətdənmi, yoxsa səhv seçimdən?

Sual: Quranda oxuduğum və başa düşdüyüm qədərilə evlilik qismət yox, seçimdir. Allah, zövcələrinizi möminlərdən seçin, deyir. “Səhv adamı seçdin”- dediyim zaman, “qismətim o imiş, başıma bu işlər gələcəkmiş!”- kimi sözlərlə qarşılıq verirlər. Bu sözlər isə mənə inandırıcı gəlmir. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bütün bunlar qismət deyil, seçimdir. Biz imtahan dünyasında yaşayırıq. Gələcəyi bilmərik. Bu gün mələk kimi olan sabah şeytana çevrilə bilər (İblis misalında olduğu kimi). Zövcəniz istədiyiniz kimi olmaya bilər. Əsas olan siz yaxşı olun. Qadın və kişi arasındakı problem hər zaman olacaqdır. Çünki Allah onları müxalif varlıq olaraq yaratmışdır. Qadın əri ilə, ər də zövcəsi ilə imtahan edilir. Ən böyük imtahan da bunlar arasında olur ki, bu da təbii bir haldır.

Bu səbəblə özünüzü qınamağın və ya belə sözlər sərf etmənin yeri deyil. Belə hallarda mən üstümə düşəni, yəni Allahın istədiyi kimi davranacam, deyəcəksiniz. O zaman xoşbəxt olacaq və heç ummadığın şeylərlə qarşılaşacaqsan. Bu barədə Füssilət surəsinin 33-36- ya qədər olan ayələri oxuyun.

Oxşar sual-cavab üçün aşağıdakı linki tuşlayın:

Bizim həyat yoldaşlarımız Allah tərəfindən qabaqcadan müəyyən edilir?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.