Müsəlmanlar
Siyasi səbəbdən yerinə yetirilə bilməyən dini hökmlər zərurətə girərmi?

Siyasi səbəbdən yerinə yetirilə bilməyən dini hökmlər zərurətə girərmi?

Sual: Müasir dünyada ölkələrin beynəlxalq müqavilələrindən ortaya çıxan məsuliyyətləri vardır. Bunların içində dinə tərs olanları da olur. Onlar yerinə yetirilmədiyi təqdirdə ortaya çıxacaq çətinliklər zərurət sahəsinə girməzmi?

Cavab: Biz müsəlman olaraq imtahandan keçirilirik. İmtahanın əsl sahəsi də insanın öz dünyasını axirətə seçib seçmədiyi ilə əlaqədardır. Əgər bir insan dünyasını axirətə seçirsə, onun səbəbləri heç bir zaman əksik olmayacaqdır. Hər zaman və hər yerdə onun bəhanələri olacaqdır. Məsələn, Məkkə müşrikləri Qurana qulaq asdılar və peyğəmbərimizin doğru dediyini çox gözəl başa düşdülər. Amma qəbul etmədilər. Sualınızda olan bənzər səbəblərdən qəbul etmədilər.

Qurani- Kərim onların bəhanələrini belə xəbər verməkdədir:

“Kafirlər dedilər: “Əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, etibarlı bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu (bunu) bilmir.” (Qəsas 28/57)

Məkkəlilər də eynilə, “burası Məkkədir. Çevrəmizdəki bütün ərəblər buraya Həccə, Ümrəyə gəlirlər. Biz sənə tabe olduğumuz zaman onlar bizə qulaq asmaz və bizi buradan qovarlar.”- dedilər.

Bu gün də günümüzün idarəçiləri, “şərtlər uyğun deyildir”- deyərlər. Heç bir zaman da uyğun olmayacaqdır. Elə olsa imtahan da olmaz. Elə imtahan bu olduğu üçün bir insan, Allahın əmrinəmi, yoxsa başqasının əmrinəmi uyduğunu ortaya qoymaqdadır.

Sən əgər Allahın əmrinə uyarsan, o zaman sənin beynəlxalq bir kimliyin olur. Yer üzündə sənə qarşı çıxacaq bir tək ağlı başında dürüst insan ola bilməz. Necə ki, ayədə ifadə edildiyi kimi, o günkü Məkkəlilərin kafir olanları belə, bu yola “hüda”– deyirdilər, hər kəs buna “hüda” deyər. (Gündəlik həyatda siz də rast gəlmisiniz belə deyənlərə: “Sən düz yoldasan, ancaq bu bizlik deyil”). Lakin adı İslam olan bu günkü klassik dinin qaydalarını təqdim edərsəniz, bunu dünyada normal insanların qəbul etməsi mümkün deyildir. Əgər Allahın kitabında olan İslamı və peyğəmbərin tətbiqatını təqdim edərsəniz, buna da yer üzündə heç bir normal insan qarşı çıxmaz. Qəbul edər etməz, bu artıq onun problemidir.

Sualınıza bir də cavab olaraq, ayənin davamı belədir: “Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, etibarlı bir yerdə yerləşdirmədikmi? Bizə də eynilə, hər şeyi verən Allah Təalaya qarşı vəzifəmizi yerinə yetirməli olduğumuz halda, heç bir şey verməyən, əksinə, bizdən bir şeylər almağa çalışanlara qarşı özümüzü necə vəzifəli ya da rahat saya bilərik? Haqqı qoyub, batıla necə güvənə bilərik? Avropanın haramları və gücü bizi qurtaracaqsa, Allahın halalları yada gücü bizi qurtarmayacaqmı?

Allah Təala Ənkəbut surəsinin 67-ci ayəsində, “İndi onlar, batıla inanıb güvənir və Allahın nimətinimi danırlar? Özünə gələn həqiqətə göz yumub, batıla sarılandan daha pis vəziyyətdə olan kim ola bilər?”– buyurmaqdadır. Doğru yolda olanlara isə, “Kim bizim yolumuzda cihad (hər cür çətinliyə sinə gəlmək) edərsə, əlbəttə hidayətə qovuşduracayıq. Bu da bir həqiqətdir ki, Allah yaxşı davrananlarla bərabərdir.” (Ənkəbut 29/69).

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Ətraflı məlumat almaq üçün Azərbaycanda nəşr olunan “Din və dövlət münasibətləri” kitabımızı alıb oxuya bilərsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []