Müsəlmanlar

Tez-tez su içməyə məcbur olan böyrək xəstələri oruc tuta bilərmi?

Sual: Tez-tez su içməyə məcbur olan böyrək xəstələri oruc tuta bilərmi?

Cavab: Hər böyrək xəstəsi tez-tez su içməyə məcbur deyildir. Hətta bəzi böyrək xəstələrinə su məhdudiyyəti qoyulur. Ancaq xüsusilə böyrək daşı olan xəstələrə və böyrək iltihabı olan xəstələrə tez-tez su içmək tövsiyə edilir.  Buradakı məqsəd, günlük idrar miqdarını artırmaqdır (bu xəstələrin 24 saat ərzində ən az 1-1,5 litr idrar xaric etməsi lazımdır). Bunun üçün böyrəklərdə sirkülyasiya (dövr) olan maye miqdarının artırılması lazımdır. Belə xəstələr (24 saatda) ən az 3 litr maye almalıdırlar. Buna riayət etdikləri təqdirdə 1-1,5 litr idrar xaric edə bilərlər. Çünki, hardasa 2 litr maye vücud tərəfindən metabolik (maddələr mübadiləsi) üçün istifadə edilir (müəyyən qədəri də bağırsaq və tənəffüs yolu ilə atılır). Bunların xaricində artıq qalanı da idrar yolu ilə xaric edilir.

Bəzi böyrək xəstələrinə bol maye almaları tövsiyə edilir. Çünki, böyrəklərdə daim dövr edən maye miqdarı artdıqca idrar miqdarı da artır. Artan idrar miqdarı, həcmi artan çay yataqlarının sürüklədiyi daş və ağac kötükləri kimi, böyrəklərdəki daş, qum və iltihab artıqlarını sürükləyir. Nəticədə sürüklənən bu maddələr idrar yolu ilə çölə atılır.

İdrar üçün mühüm olan, 24 saat ərzində alınan ümumi maye miqdarıdır. Bu səbəblə oruclu xəstələr, iftar ilə sahur arasında kifayət qədər maye alırlarsa problem qalmaz.

Qısa olaraq, iftardan sahura qədər təqribən 2.5-3 litr maye qəbul edilməlidir. Ancaq vəziyyəti ağır olan, ishal və qızdırmalı xəstələr isə bu miqdarı daha da artırmalıdırlar. Əgər bunu, bulantı və qusma kimi müxtəlif səbəblərdən ötrü yerinə yetirmək olmursa və ya bunu damar yolu ilə serum verməklə həyata keçirmək lazımdırsa, o zaman oruc təxir edilə bilər.

Mənbə: Dok. Zəki Bayraqdar, “Oruclu xəstələr üçün bəzi tibbi məsləhətlər”, Kitab və Hikmət jurnalı, İyun-Sentyabır 2015, sayı 10, s. 18-19.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.