Müsəlmanlar

Müsəlman olmayanlara zəkat vermək olar?

Sual: Müsəlman olmayanlara zəkat vermək olar?

Cavab: Fiqh (İslam hüququ) kitablarında yazılıb ki, müsəlman olmayanlara zəkat vermək olmaz. Amma bu fikir düz deyil. Çünki zəkat verilməli olan 8 təbəqədən biri də müəlləfeyi-qülub, yəni, ürəkləri İslama qızdırılmağa çalışılan kəslərdir (Tövbə surəsinin 60-cı ayəsinə baxın). Buradan açıq-aydın şəkildə məlum olur ki, bu şəxslər müsəlman deyillər. Bununla yanaşı, qeyd edilməlidir ki, ayədə zəkat verilməli olan digər 7 təbəqədən olan insanların müsəlman olmasına dair bir şərt yoxdur. Deməli, Quran ayələri və hədislərə baxıldıqda məlum olur ki, müsəlman olmayanlara da zəkat vermək olar. Lakin zəkat verildiyi vaxt birinci olaraq müsəlmanlara verilməlidir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

Qeyri-müsəlmanların kasıblarına zəkat verilə bilər?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.