Müsəlmanlar

Şiddətli baş ağrısı çəkən migren xəstələri oruc tuta bilərmi?

Sual: Ac qaldıqları üçün şiddətli baş ağrısı çəkən migren xəstələri oruc tuta bilərmi?

Cavab: Aclıq, miqren ağrısını aktivləşdirən hallardan biri ola bilər. Bu vəziyyətdə, alınan tədbirlər kifayət etmirsə, əlbəttə ki, orucu ertələmək lazımdır. Çünki xəstəlik orucun ertələnməsi, yəni, qəzaya buraxılması üçün bir rüxsətdir. Lakin bilindiyi kimi migren xroniki (qalıcı) bir xəstəlik olduğu üçün bu xəstələr Ramazandan sonra da oruc tuta bilmirlər. Bu səbəblə dərmanlarını qəbul etmək şərtilə (əgər bu əks təsir bağışlamayacaqsa) oruclarını tutmaları mümkün isə bu yolu seçməlidirlər. Ancaq bu da mümkün deyilsə, (oruc, miqreni aktivləşdirirsə) bu cür xəstələr oruc tutmaya bilərlər.

Mənbə: Dok. Zəki Bayraqdar, “Oruclu xəstələr üçün bəzi tibbi məsləhətlər”, Kitab və Hikmət jurnalı, İyun-Sentyabır 2015, sayı 10, s. 19.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.